Musiqi və rəqslər

Saxurların qədim musiqi alətləri sipsiy, düttək, balaban, tampur, bayan (накьра), kos, zurna və dəf (dam-dam). Ənənəvi saxur xalq ansamblı dörd nəfərdən ibarətdir: zurna, köməkçi zurna, kiçik nağara və böyük nağara. Belə kvartet "кьаварчер" adlanır. Saxurlar cəld, ritmik musiqini xoşlayırlar, həzin melodiyalar isə ürəklərinə yatmır. Saxurlara xas musiqi şən, ilhamlandıran, həyat verən, əhval-ruhiyyəni qaldıran musiqidir. bu cür coşqun melodiyalar düşmənə və bütün sınaq və çətinliklərə qarşı mubarizədə onlara hər zaman dayaq olmuşdur. Məhz buna görə Qafqaz müharibəsi zamanı İmam Şamil dağlıların həzin mahnıları oxumağını qadağan etmişdir. Saxurların sevimli xalq mahnıları "Издагъ алейъена", "Бег гяъана", sevimli müəllif mahnıları isə "Къайджуна", "Аман ед`", "Алшанын" və s.-dir. Bu mahnıların müəllifləri Həmzət, Xay-Almaz, N. İsmayılov, A. Davudov və başqalarıdır.

Saxurlar həmçinin cəld müsiqinin müşaiyəti ilə oynamağı xoşlayırlar. Cəld ritmlərlə qan daha sürətlə dövr edir! Rəqslərin müxtəlif növləri vardır: cəld "Q`ellyay" oyunu, "Q`öllena" cüt rəqsi, "Alyuvka`ana" qarışıq rəqsi və məşhur "ləzginka". Toylarda çox vaxt Qədir Qurbanovun rəhbərliyi altında "Saxurlar" ansamblından olan musiqiçilər çalırlar. Saxur musiqisini toylarda, qonaqlıqlarda, rəsmi tədbirlərdə, əsgərləri yola salanda, milli Novruz, Ramazan və Qurban bayramlarında eşitmək olar. Keçmişdə, XIX əsrdə musiqi güləşçilərin yarışlarında, ilk şırım və ya ot çalını qabağı, kəndirbazların çıxışlarında, Seyran bayramında səslənirdi. Hal-hazırda saxurların bir neçə folklor ansamblı vardır. Ən məşhur ansambllar, Yeni Suvagil kəndindən olan "Ceyranım" ansamblı (Azərbaycan xalq kollektivləri arasında laureat), Zaqatala rayonu Əli-Bayramlı kəndinin "Lilay" ansamblı və Dağıstanın Mişleş kəndindən "Mişleş" qrupudur.