Əvvəlcə şorba hazırlanır. Qaxac ət suya tökülür, su qaynamağa başlayanda, xırda doğranmış soğan əlavə edilir. Ət bişəndə şorbaya zoğal və müxtəlif ədəvalar əlavə edilir.
Adi xəmir yoğrulur, beş-on dəqiqə qoyulur, kündələnib oxlovla yayılır. Yayılmış xəmir üç santimetr enində uzununa kəsilir. Həmin xəmir yenidən bir santimetr enində doğranılaraq barmaqla bir-bir eşilir. Xəmiri hazırlayarkən ayrıca qazanda duzlu su qoyulur. Su qaynayarkən eşilmiş xəmir qazana tökülür və 15 dəqiqə bişirilir.
Kəfkirlə sudan çıxarılmış xəmirin üzərinə ətli şorba əlavə edilir. Süfrəyə sarımsaq, turşu və ədəvalarla (qurudulmuş alalar – şüyüd, kəklikotu, dağ nanəsi qurusu və s.) verilir. Zövqə uyğun olaraq şorbaya kartof da əlavə oluna bilər.
Quru zoğal əvəzinə quru gavalıdan və ya turşulardan istifadə etmək olar. Yay mövsümündə qaxac təzə ətlə əvəz oluna bilər.
Bu xörək isti-isti yeyilməlidir. Uzun müddət qalanda keyfiyyətini itirir. Sulu xörək olduğu üçün dərin qablara çəkilir.
Share
Would you like to share what this Scripture taught you today?
Your encouragement is valuable to us
Your stories help make websites like this possible.