Saxurların yeməkləri

Saxurların yeməklərinin xarakterini müəyyən edən amillər ənənəvi təsərrüfat fəaliyyətləri və təbii-coğrafi yaşayış şəraitidir.

Sərt iqlimi və yoxsul torpağı olan Dağıstanda xeyli fiziki əmək tələb edildiyindən, əsas təsərrüfat fəaliyyəti qoyunçuluqdur; buna görə də, burada isti xəmir və ətli yeməklər yayılmışdır.

Azərbaycanda yaşayan saxurların mətbəxi müxtəlif yeməklərdən ibarətdir. Bunlarda əkinçilik, heyvandarlıq, dirrikçilik və bağbanlıq məhsulları xüsusi yer tutur. Buğda və qarğıdalı unundan bişirilən yeməklər üstünlük təşkil edir; saxurlar həmçinin meyvə-tərəvəz yeyir, qoz-fındıqdan halva düzəldir, yeməli otlardan istifadə edirlər.

Təndir, dairəvi formada və bir metr hündürlüyündə olan peçdir. Bəzən peç torpağın içində, bir çuxurda yerləşə bilər. Kürə, hündürlüyü 1,5 metr olan düzbucaqlı bir peçdir. Peçlər adətən həyətdə olur. Çörək dairəvi və oval formada bişirilir. Çörək, unun növündən və tərkibindən asılı olaraq müxtəlif peçlərdə bişirilir.

Saxurların qidasında qurudulmuş ətin böyük yeri vardır. Əti noyabrda hazırlayırlar. Qoyun ətini lay-lay kəsir, nazildir, qalın yerləri götürürlər. Qabırğalar arasındakı yerlər kəsilir, ət iki gün müddətinə duza qoyulur, sonra küləkli yerdə asılaraq qurudulur. Eləcə də qış üçün müxtəlif cür qurudulmuş kolbasalar düzəldilir.

Süd məhsullarından kəsmik, qatıq, ayran düzəldirlər. Saxurlar yaxşı qoyun və inək pendiri düzəldə bilirlər. Saxurların qoyun pendiri bütün Qafqazda məşhurdur. Kərə yağı xüsusi taxta nehrədə istehsal olunur.